"Qarabağ"ın rəqibi kim olacaq?
Bu gün "Qarabağ"ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi məlum olacaq.
Sportline.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
“Qarabağ”ın 1-ci təsnifat mərhələsində mümkün rəqiblərinin tam siyahısı belədir:
“Jilina” (Slovakiya)
“Voyvodina” (Serbiya)
“Universitatya Kluj” (Rumıniya)”
“Alüminiy” (Sloveniya)
“Derri Siti” (İrlandiya)
“Vestri” (İslandiya).
Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.