"Qarabağ"ın rəqibi "Real"a qarşı oynayan futbolçu ilə güclənmək istəyir
"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən Kipr "Omoniya"sı heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
Sportline.az "ShootAndGoal"a istinadən xəbər verir ki, Nikosiya təmsilçisi APOEL ilə müqaviləsini yekunlaşdıran norveçli yarımmüdafiəçi Qayas Zahidlə ilə danışıqlara başlayıblar.
Norveç millisinin üzvü başqa təklifləri də nəzərdən keçirəcək.
Qeyd edək ki, Kipr və Azərbaycan təmsilçiləri arasında ilk matç sentyabrın 30-da Nikosiyada, ikinci qarşılaşma isə noyabrın 25-də Bakıda keçiriləcək.