"Qarabağ"ın rəqibində ayrılıq gözlənilir - 12 ildən sonra klubu tərk edəcək
"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Nyukasl Yunayted"də ayrılıq yaşanacaq.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, Camaal Laskelles 12 ildən sonra klubdan ayrılacaq.
İngiltərə millisinin sabiq futbolçusu karyerasını "Lester Siti"də davam etdirəcək.
Qeyd edək ki, 32 yaşlı oyunçu cari mövsüm cəmi 2 oyunda meydanda olub.