"Qarabağ"ın rəqibindən qələbə
"Qarabağ"ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Vestri" İslandiya 1-ci liqasında 10-cu tur oyununa çıxıb.
Sportline.az xəbər verir ki, komanda "Aeqir" ilə qarşılaşıb. Görüşdə "Vestri" 3:2 hesablı qələbə qazanıb.
Hazırda "Vestri" turnir cədvəlində 16 xalla 4-cüdür.
Qeyd edək ki, "Qarabağ"la sözügedən kollektiv arasında ilk oyun iyulun 9-da Bakıda, cavab matçı isə iyulun 16-da İslandiyada keçiriləcək.
"Vestri" - "Aeqir" - 3:2
Qollar: Svavarsson, 13, Balde, 22, Haftorson, 56 - Uilyard, 25, Coninuson, 74-pen.