"Qarabağ"ın rəqibindən növbəti transfer
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Şerif" heyətini gücləndirib. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Moldova çempionu xorvatiyalı müdafiəçi - Ante Kuluşiçlə razılığa gəlib.
Karyerasına Xorvatiyanın "Sibenik" klubunda başlayan 31 yaşlı futbolçu uzun müddətdir Türkiyədə oynayıb. Son olaraq “Gənclərbirliyi”ndə çıxış edən Kuluşiç “Hacettepe” və “Balıkesirsporun da formasını geyinib.