"Qarabağ"ın rəqibinin iştirak ərizəsi

"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsində rəqiblərindən olan Qazaxıstanın "Kayrat" klubu turnir üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Sportline.az heyətdə yer alan futbolçuların siyahısını təqdim edir:

Qapıçılar: Stas Pokatilov, Danil Ustimenko, Temirlan Anarbekov 

Müdafiəçilər: Sergey Keiyer, Nuralı Alip, Kamo Ovannisyan, Maki Banyak, Rade Duqaliç, Dino Mikanoviç, Daniyar Usenov,  Denis Polyakov. 

Yarımmüdafiəçilər: Yatsek Quralski, Güljigit Alikulov, Aybol Abiken, Yan Voroqovski , Rikardo Alves, Neboysa Kosovic, Andrey Ulışin, Arsen Burançiyev 

Hücumçular: Vaqner Lav, Joze Kante, Artur Şuşenaçov, Jao Paulo, Erkebulan Seidahmet.

Xatırladaq ki, "Qarabağ" - "Kayrat" oyunu oktyabr ayının 21-i keçiriləcək.