"Qarabağ"ın rumın futbolçu transfer edəcəyi bildirilir
"Qarabağ"ın Rumıniya “Dinamo”sunun futbolçusu Steliano Filipi transfer etmək istədiyi haqda məlumat yayılıb. Sportline.az xəbər verir ki, Rumıniya mətbuatında Ağdam təmsilçinin 23 yaşlı yarımmüdafiəçiyə təklif göndərdiyi bildirilir. "Dinamo"nun bu keçid üçün 400 min avro tələb etdiyi yazılıb. Qeyd edək ki, Steliano Filip Rumıniya millisində 5 oyun keçirib.
|