"Qarabağ"ın sabiq futbolçusu Fransada

2015/16 mövsümündə "Qarabağ"ın şərəfini qoruyan Əl Hərbi Əl Jadeyui özünə yeni iş yeri tapıb. 

SportLine.az xəbər verir ki, mərakeşli futbolçu Fransa III Liqasında çıxış edən "Qrenobl" klubu ilə razılığa gəlib. O, 2019-cu ilin yayınadək bu klubun şərəfini qoruyacaq.

Qeyd edək ki, Əl Jadeyui "Qarabağ"dan ayrıldıqdan sonra Taylandın "Ratçaburi" komandasında oynayıb.