"Qarabağ"ın sabiq futbolçusu "Səbail"də

"Qarabağ" komandasının sabiq üzvü Cavid Tağıyevin yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "Səbail" klubu ilə anlaşıb.

O, 2021/2022 mövsümünü bu komandanın heyətində keçirəcək.

Qeyd edək ki, Cavid Tağıyev "Turan Tovuz", AZAL, "Qarabağ", "Zirə", "Sumqayıt" və "Sabah" komandalarının formasını geyinib.