"Qarabağ"ın sabiq futbolçusundan Gəncəyə dəstək
Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket zərbələri endirməsinə "Qarabağ"ın sabiq oyunçusu İbrahim Şehiç də biganə qalmayıb.
Sportline.az xəbər verir ki, Türkiyənin "Konyaspor" komandasında oynayan bosniya və herseqovinalı qapıçı bununla bağlı özünün "Facebook" səhifəsində paylaşım edib.
O, üzərində "Pray for Ganja city" ("Gəncə şəhəri üçün dua edin") sözləri yazılmış foto paylaşıb.
Qeyd edək ki, İbrahim Şehiç 2015 - 2018-ci illərdə "Qarabağ"ın şərəfini qoruyub.