"Qarabağ"ın səfər matçı CBC Sportun efirində

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya çempionu "Dundalk"la səfər matçı canlı yayımlanacaq.

Sportline.az xəbər verir ki, qarşılaşma "CBC Sport"un canlı efirində olacaq. Bu barədə telekanalın rəsmi "Facebook" səhifəsi məlumat yayıb.

Qeyd edək ki, sabah keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.