"Qarabağ"ın U-19 komandası növbəti matçına çıxır
"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasında növbəti matçına bu gün çıxacaq.
Sportline.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv Bakıda Danimarkanın "Kopenhagen" kollektivi ilə üz-üzə gələcək.
Matç "Azərsun Arena"da, saat 14:00-da start götürəcək.
Qeyd edək ki, U-19 I turda səfərdə Portuqaliyanın "Benfika" komandasına 1:7 hesabı ilə uduzub. "Kopenhagen" isə evdə Almaniya təmsilçisi "Bayer 04"ə məğlub olub - 0:2.