"Qarabağ"ın yeni rekordu
Ölkə çempionu “Qarabağ” tarixinin yeni rekordunu müəyyənləşdirib. Sportline.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" evdəki məğlubiyyətsizlik seriyasına görə Azərbaycan çempionatının ən yaxşı nailiyyətinə imza atıb. Qurban Qurbanovun komandası buna XVII turun “Zirə” ilə matçında nail olub. 2:0 hesabı ilə qalib gələn “Qarabağ” öz meydanındakı yenilməzliyini 32 oyuna çatıdırıb. Ağdamlılar sonuncu dəfə 2015-ci il fevralın 28-də doğma meydanda uduzub. Həmin vaxt “Qəbələ”yə 0:1 hesabı ilə məğlub olan "Qarabağ" arxada qalan 2 il ərzində evdə 26 qələbə qazanıb və 6 heç-heçə edib. Bununla da əyalət təmsilçisi klub tarixinin rekordunu arxada qoyub. Ağdamlılar 1992-1993-cü illərdə ardıcıl 31 ev oyununda uduzmamışdılar. Qeyd edək ki, bu, ümumilikdə Azərbaycan futbolu tarixində 7-ci nəticənin təkrarıdır.