"Qarabağ"la adı hallanan italiyalı forvard

"Qarabağ" klubunun İtaliya B Seriyasında çıxış edən "Trapani"nin forvardı Nikola Citronun transferinə hazırlaşdığı bildirilir. Sportline.az xəbər verir ki, bu haqda İtaliya mətbuatında məlumat dolaşır. Azərbaycan çempionunun "Fisano Messisi" ləqəbli futbolçuya 3 illik müqavilə və hər il üçün 900 min avro təklif etdiyi iddia olunur. "Transfermarkt"ın 800 min avro dəyərində qiymətləndirdiyi futbolçu cari mövsümdə 30 rəsmi oyunda 5 qol vurub.