"Qarabağ"la "Neftçi" eyni gündə oynayacaq
Konfrans Liqasının pley-off mərhələsində mübarizə aparacaq "Qarabağ” və "Neftçi” ilk oyunda meydan sahibi olacaq.
Sportline.az xəbər verir ki, UEFA adətən, eyni gündə və eyni şəhərdə çıxış edən ölkə təmsilçilərinin oyunlarının vaxtını dəyişsə də, bizimkilər üçün istisnaya razılıq verib. Beləliklə, hər iki klubumuz pley-offun ilk matçını evdə keçirəcək və rəqiblərini eyni gündə - avqustun 19-da qəbul edəcək.
Həm "Neftçi”nin, həm də "Qarabağ”ın oyunlarının başlama saatı da məlumdur. "Qarabağ” – "Aberdin” (Şotlandiya) oyunu saat 20:00-da, "Neftçi” – "Makkabi” (Hayfa, İsrail) görüşü isə saat 21:00-da başlanacaq.