"Qarabağ"la "Qəbələ" nə qədər qazandı?

Avropa Liqası turnirinin qrup mərhələsinə adlayan klublarımız büdcələrinə xeyli vəsait əlavə ediblər. SportLine.az xəbər verir ki, əsas mərhələyə vəsiqə qazandığı üçün  UEFA-dan “Qarabağ”la “Qəbələ”nin hesabına 2,4 milyon avro köçürüləcək. Keçilən mərhələlərə görə isə “Qəbələ” 860 min, “Qarabağ” 660 min avro qazanacaq. Klublarımız bu məbləği artıra da bilər. Belə ki, qrup oyunlarında qazanılan qələbə büdcəyə 360 min avro, heç-heçə isə, 120 min avro gətirəcək. Bundan əlavə, qrup liderləri daha 500 min, ikincilər 250 min avroya sahib çıxacaqlar.