Qaret Beyl üçün 115 milyon avro

"Mançester Yunayted" Qaret Beyli transfer etməkdə israrlıdır. SportLine.az BBC Sport-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" uelsli futbolçu üçün "Real"a 115 milyon avro ödəməyə hazırdır. 

Artıq tərəflərin danışıqlara başladığı bildirilir. Növbəti mövsüm Kilian Mbappe və Eden Azarı heyətinə qatmaq istəyən madridlilərin 27 yaşlı hücumçusu satmağa razılıq verəcəyi ehtimal olunur.