Qarnaço bu kluba transfer olacaq
"Mançester Yunayted"in argentinalı futbolçusu Alexandro Qarnaço karyerasını "Çelsi"də davam etdirəcək.
Sportline.az xəbər verir ki, London klubu bu keçid üçün qarşı tərəfə 35-40 milyon avro ödəyəcək.
Bu haqda insayder Fabritsio Romano məlumat yayıb.
Qeyd edək ki, 21 yaşlı futbolçu ötən mövsüm meydana çıxdığı 58 matçda 11 qol 10 asistlə yadda qalıb.