Qarnaço London klubuna "hə" dedi
"Çelsi" "Mançester Yunayted"in argentinalı futbolçusu Alexandro Qarnaçonu transfer etmək üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano öz "X" hesabında paylaşım edib.
21 yaşlı futbolçu "Çelsi"nin təklifinə "hə" deyib. Son qərarı "Mançester Yunayted" klubu verecək.
Qeyd edək ki, Qarnaço ötən mövsüm meydana çıxdığı 58 matçda 11 qol 10 asistlə yadda qalıb.