Qarnaço “Mançester Yunayted”i tərk etməyə yaxındır

“Mançester Yunayted” argentinalı futbolçusu Alexandro Qarnaçonu satmaq qərarına gəlib.

Sportline.az “Telegraph” nəşrinə istinadən xəbər verir ki, “Çelsi” və “Napoli” Qarnaçonun xidmətində maraqlıdır.

“Mançester Yunayted” 20 yaşlı futbolçu üçün 60 milyon avro tələb edir.

Qeyd edək ki, A.Qarnaço bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 31 matçda 8 qol və 5 asistlə yadda qalıb.

Onun “Mançester Yunayted”lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.