"Qazaxıstan" - "Azərbaycan" görüşünün hakimi açıqlandı
Futzal üzrə DÇ-2024-ün elit-raund mərhələsinin Qazaxıstan – Azərbaycan oyununa təyinatlar açıqlanıb.
Sportline.az xəbər verir ki, Astanada baş tutacaq qarşılaşmanı Bolqarıstandan olan hakimlər idarə edəcək.
“Jekpe Jek” arenada saat 18:00-da başlayacaq görüşün hakimləri Trayan Ençev, Kaloyan Kirilov və İvo Tsenov olacaq.
Hakim-inspektor Silvo Borosak (Sloveniya), UEFA nümayəndəsi isə Morten Engebretsen olacaq.