Qazaxıstan klubu "Qarabağ"ı təbrik edib

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə adlayan "Qarabağ" Qazaxıstandan təbrik alıb. Sportline.az xəbər verir ki, bu,  "Astana" klubunun rəsmi saytında əksini tapıb. Qazaxlar "Qarabağ"ı təbrik edib və növbəti oyunlarda uğurlar arzulayıb.Qeyd edək ki, "Astana" da ÇL-nin III təsnifat mərhələsinə yüksəlib. Paytaxt təmsilçisi II mərhələdə Litvanın "Spartaks" klubunu mübarizədən kənarlaşdırıb.