"Qaziantep FK" nigeriyalı oyunçu ilə anlaşıb

Super Liqa komandalarından "Qaziantep FK" "Kremonese"də çıxış edən David Okerekeni heyətinə cəlb edib.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, icarə əsasında transfer edilən 27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Ötən mövsümün 1-ci hissəsini "Kremonese"də, 2-ci hissəsini isə "Torino"da keçirən hücumçu ümumillikdə 24 oyunda 2  qol və 2 asistə imza atıb.

Okereke daha əvvəl peşakar karyerasında "Klub Brugge" və "Spetsia" kimi klubların formasını geyinib.

Qeyd edək ki, "Qaziantep FK" Super Liqada 2 oyundan sonra 3 xal toplayıb.