“Qəbələ” Antalyada toplanışına start verdi

2016-2017-ci il mövsümünün ikinci yarısına hazırlaşan "Qəbələ" bu gün Türkiyəyə yollanıb. 

SportLine.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qəbələ” Antalyada təlim-məşq toplanışına start verib. 

Hazırlığın 1-ci günündə “qırmızı-qaralar”ın ilk məşqi baş tutub. Roman Qriqorçukun rəhbərliyi altında keçirilən hazırlıq prosesində həm toplu, həm topsuz çalışmalara üstünlük verilib. 

Banner