“Qəbələ” avrokuboklara vəsiqəni təmin etdi
Topaz Premyer Liqasında 2016/2017 mövsümünün daha bir mükafatçısı müəyyənləşib. SportLine.az xəbər verir ki, AZAL-la səfər matçında aktivinə daha bir xal yazdıran "Qəbələ" ilk "3-lük"dəki yerini təmin edib.
Bununla da, "Qarabağ"ın ardından "radarlar" da mükafatçılar sırasına adını erkən yazdırıb və avrokuboklara vəsiqəni təmin edib.
Qeyd edək ki, Azərbaycanı avrokuboklarda çempionatda ilk 3 yeri tutan komanda və kubokun qalibi təmsil edir. Sonuncu komanda Premyer Liqada “üçlük”də yer alsa, 4-cü pillənin sahibi də Avropaya yollanır.