"Qəbələ" bir qolla sevindi

Antalyada təlim-məşq toplanışını davam etdirən "Qəbələ" bu gün növbəti yoxlama matçını keçirib. SportLine.az xəbər verir ki, rəqib Rumıniyanın "Qaz-Metan" klubu olub. Qarşılaşmanın taleyini bir qol həll edib.

18:00. "Qəbələ" - "Qaz Metan"  - 1:0
Qol: 
Filipp Ozobiç, 30

Qeyd edək ki, "Qəbələ" Antalyadakı ilk yoxlma görüşündə Albaniyanın "Partizani" klubuna 1:2 hesabı ilə uduzub.“Qırmızı-qaralar”ın növbəti rəqibi Albaniyanın "Skenderbeu" klubu olacaq. Görüş  yanvarın 23-də keçiriləcək.

Banner