"Qəbələ" növbəti mərhələdə
Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunları olacaq. Sportline.az xəbər verir ki, Azərbaycanın 3 təmsilçisi bu gecə meydana çıxacaq. "Qəbələ" Polşada “Yagelloniya” ilə qarşılaşacaq. Bakıda 1:1 hesablı heç-heçəyə razılaşan təmsilçimizi çətin sınaq gözləyir. Roman Qriqorçukun yetirmələri mərhələ keçmək üçün mütləq qol vurmalı, qələbə qazanmalı və ya ən azı 2:2 hesablı heç-heçəyə nail olmalıdır.
Xatırladaq ki, bu cütün qalibi növbəti mərhələdə Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq.
Avropa Liqası
II təsnifat mərhələsi, cavab oyunu
20 iyul
22:30. "Yagelloniya" (Polşa) - "Qəbələ" (Azərbaycan) - 0:2
Qol: İlqar Qurbanov, 18, Ozobiç, 89
İlk oyun - 1:1
Baş hakim: Konstasntin Sebastian Koltesku
Baş hakimin köməkçiləri: Radu Adrian Stefan Qinquleaç, Vladimir Urzika
Belostok. Şəhər stadionu.