"Qəbələ" daha bir futbolçunu transfer etdi
Millimizin futbolçusu Pavel Paşayevin “Qəbələ”yə keçidi həll olunub.
SportLine.az Qol.Az saytına istinadən xəbər verir ki, Zaparojye “Metallurq”u 27 yaşlı müdafiəçinin sənədlərini göndərib.
Onunla bugünlərdə müqavilə imzalanacaq. Müqavilənin müddəti 4 aylıq olacağı gözlənilir. Hazırda futbolçunun adının Topaz Premyer Liqada iştirak ərizəsinə əlavə edilməsi üçün işlər görülür.
Qeyd edək ki, P.Paşayev ötən ildən millimizə dəvət alır. Ukraynanın U-17, U-19, U-21 və A millisində forma geyən müdafiəçi yığmamızda 1 rəsmi oyunda meydana çıxıb. O, son olaraq Ukraynanın “Metallurq” (Zaporojye) klubunda çıxış edib.
Xatırladaq ki, "Qəbələ" qış transfer pəncərəsi dönəmində "Kəpəz"dən Rəşad Eyyubovu da transfer edib.