“Qəbələ” Ermin Zetslə yollarını ayırdı

“Qəbələ” bosniya və herseqovinalı hücumçusu Ermin Zetslə yollarını ayırıb. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 2015-ci ilin iyulundan qırmızı-qara formanı geyinən futbolçu “Qəbələ”nin uğurları üçün 1 mövsüm çalışıb.

O, bu müddətdə komandanın heyətində 36 oyun keçirib, 10 qol vurub. 2015/16 mövsümündə komandası ilə Topaz Premyer Liqasının bürünc mükafatçısı olan 28 yaşlı legioner çempionatda 23 oyunda 7, Azərbaycan kubokunda 4 oyunda 3 qol vurub, Avropa Liqasında 9 matçda forma geyinib.

Banner