"Qəbələ" ilə vidalaşan futbolçu Rumıniya klubunda

"Qəbələ" ilə vidalaşan xorvatiyalı futbolçu Vinko Medimoreç Rumıniyanın UTA komandasına keçib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Keçidi ilə bağlı danışan oyunçu təklifi qəbul etmək üçün çox düşünmədiyini bildirib.

Qeyd edək ki, Arad şəhərini təmsil edən UTA klubu ötən mövsüm Rumıniyanın yüksək liqasını 10-cu pillədə başa vurub.