Qəbələdə sükut pozulmadı, "Neftçi" uduzdu

Bu gün Topaz Premyer Liqasında 28-ci turun görüşləri keçirilib. SportLine.az xəbər verir ki, turun mərkəzi oyunu Qəbələdə baş tutub. Burada yerli komanda "İnter"i qəbul edib. Görüşdə hesab açılmayıb.

Lider "Qarabağ" "Xəzər Lənkəran"ın qonağı olub. Mahir Mədətovun dublu Ağdam təmsilçisinə 3 xal qazandırıb.

Autsayder "Rəvan" "Neftçi" ilə qarşılaşıb. Matç "ağ-qaralar"ın məğlubiyyəti ilə nəticələnib.

İkinci pillədəki "Zirə" "Sumqayıt"la üz-üzə gəlib. Nurlan Novruzovun qolu meydan sahiblərinə qələbə bəxş edib.

AZAL isə "Kəpəz" üzərində parlaq qələbə qazanıb.

03 aprel 2016
TPL, 28-ci tur

AZAL - “Kəpəz” - 3:0
QOLLAR: 
Aydın Qasımov, 37, Hacı Əhmədov, 65, Mirzağa Hüseynpur, 90+4 (pen.)
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Knyaz Əmiraslanov, Ramil Əhmədov
AZAL Arena.

“Xəzər Lənkəran” - “Qarabağ” - 1:2
QOLLAR: 
Tural Qürbətov, 12 - Mahir Mədətov, 6, 73
Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, Vüsal Qənbərov, Fərid Məmmədov
“Xəzər Lənkəran” mərkəzi stadionu.
 
“Zirə” - “Sumqayıt” - 1:0
QOL:
Nurlan Novruzov, 84 (1:0)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mübariz Haşımov, Mahir Məmmədov
Zirə İdman Kompleksinin stadionu.

“Rəvan” - “Neftçi” 1:0
QOL: 
Elvin Həsənəliyev, 3 (1:0)
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Coşqun Həsənov, Ziya Nəsirov
Bayıl Arena.
 
“Qəbələ” - “İnter” - 0:0
Hakimlər:
 Rəhim Həsənov, Yaşar Abbasov, Namiq Hüseynov, Orxan Məmmədov
Qəbələ şəhər stadionu.

Banner