"Qəbələ" Bakıdan qələbə ilə dönür

Bu gün Topaz Premyer Liqasında 21-ci tur start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Turun mərkəzi matçında "İnter" "Qəbələ"ni qəbul edəcək. Ötən tur "Qarabağ"dan 3 xal qoparan "bankirlər" "radarlar"ı da məğlub etsələr, hətta çempionluq uğrunda mübarizəyə də şərik olacaqlar. "Qəbələ" isə qələbə qazanmaqla zirvədəki mövqeyini qoruyacaq.


04 mart 2017
TPL, 21-ci tur


“İnter” – “Qəbələ” - 0:2
QOLLAR: 
Tellur Mütəllimov, 70 (0:1); Daniel Subotiç, 81 (0:2)

Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
“İnter Arena”

“İnter”: 1. Səlahət Ağayev, 14. Zurab Xizanişvili, 33. Tərlan Quliyev, 3. Denis Silva, 27. Adrian Skarlatake, 22. İlkin Qırtımov, 17. Abbas Hüseynov, 10. Elnur Abdullayev, 8. Nizami Hacıyev (k), 7. Mirsahib Abbasov, 11. Rauf Əliyev
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 19. Mirhüseyn Seyidov, 6. Samir Zərgərov, 9. Pərdis Fərcad-Azad, 2. Sertan Taşkın, 88. Məmməd Quliyev, 98. Qara Qarayev
Baş məşqçi: Zaur Svanadze

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 5. Rasim Ramaldanov, 9. Sergey Zenyov, 14.Cavid Hüseynov (k), 17. Məhəmməd Mirzəbəyov, 19. Filip Ozobiç, 27. Teo Uiks, 31. Daniel Subotiç, 77. Araz Abdullayev, 88. Tellur Mütəllimov
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 6. Rəşad Sadiqov, 8. Qismət Alıyev, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 18. Baqali Dabo, 34. Urfan Abbasov
Baş məşqçi: Roman Qriqorçuk

Standings provided by Sofascore LiveScore

Banner