"Qəbələ" - "Maribor" görüşünün yeri dəyişdirildi

“Qəbələ”nin Avropa Liqasının pley-off mərhələsində “Maribor”la Bakıda keçirəcəyi oyunun yeri dəyişdirilib.

SportLine.az Qol.az saytına istinadən xəbər verir ki, oyun əvvələcədən nəzərdə tutulduğu kimi 8-ci kilometr qəsəbə stadionunda keçirilməyəcək. Stadionun ot örtüyünün yarasız vəziyyətdə olduğu üçün "Qəbələ" klubu orada oynamaqdan imtina edib.

Qarşılaşma böyük ehtimalla “Dalğa Arena”da keçiriləcək.

Qeyd edək ki, avqustun 18-də keçiriləcək “Qəbələ” – “Maribor” oyunu saat 21:00-da başlayacaq.