"Qəbələ" - "Maribor" matçının vaxtı dəqiqləşdi
UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - "Maribor" görüşünün vaxtı açıqlanıb. SportLine.az xəbər verir ki, avqustun 18-ə planlaşdırılan matçın start fiti saat 21:00-da səslənəcək.
Qeyd edək ki, cavab matçı bir həftə sonra Sloveniyada keçiriləcək.
18 avqust 2016
Avropa Liqası, pley-off
21:00. "Qəbələ" - "Maribor" (Sloveniya)
8-ci km stadionu