"Qəbələ" "Neftçi" önünə itkilərlə çıxacaq

"Qəbələ"nin üç futbolçusu - Rafael Santos, Asif Məmmədov və Ruslan Qurbanov Topaz Premyer Liqasını 16-cı turunda "Neftçi"yə qarşı oynamayacaqlar. Bu barədə klubun mətbuat xidmətindən bildirilib. Antalya toplanışında dizindən xəsarət alan Santos İtaliyada əməliyyat olunacaq. Asif Məmmədov kor bağırsağından əməliyyat edilib. Bu səbəblərdən onlar sözügedən qarşılaşmanı buraxacaqlar. R.Qurbanov isə cəzalı duruma düşdüyü üçün sabiq komandası "Neftçi"yə qarşı oynamayacaq. Qeyd edək ki, “Qəbələ” – “Neftçi” oyunu fevralın 3-cü saat 17:00-da başlayacaq(qol.az)

Banner