"Qəbələ" - "Panatinaikos" görüşünün vaxtı açıqlandı

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qəbələ" - "Panatinaikos" görüşünün başlanma vaxtı bəlli olub. SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, avqustun 3-də Bakıda oynanılacaq matçın start fiti saat 21:00-da səslənəcək.

Qeyd edək ki, bu iki komanda arasındakı ilk qarşılaşma iyulun 27-də Afinada keçiriləcək.