"Qəbələ" - "Panatinaikos" oyunu canlı yayımlanacaq

UEFA Avropa Liqasının III təsnifat mərhələsində keçiriləcək "Qəbələ" - "Panatinaikos" görüşü canlı yayımlanacaq. SportLineaz xəbər verir ki, görüş "İdman Azərbaycan" telekanalı vasitəsilə təqdim olunacaq.

Qarşılaşmanın start fiti avqustun 3-ü, saat 21:00-da səslənəcək.

Qeyd edək ki, bu komandalar arasında Afinada keçirilən ilk oyunda "Panatinaikos" qələbə qazanıb - 1:0.