"Qəbələ" "Qarabağ"ı təbrik edib

"Qəbələ" klubu, 2018/2019 mövsümündə Azərbaycan Premyer Liqasının qalibi olan "Qarabağ"ı  təbrik edib.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi Facebook səhifəsi məlumat yayıb.

Xatırladaq ki, “Qarabağ” mövsümün sonuna 1 tur qalmış ardıcıl 6-cı çempionluğunu rəsmiləşdirib. “Qəbələ” isə mövsümü 4-cü pillədə başa vurub.