"Qəbələ" məğlub oldu, "Anderlext"dən darmadağın
Bu gün UEFA Avropa Liqasında 4-cü turun görüşləri keçiriləcək. SportLine.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən "Qəbələ" doğma meydanda "Sent-Etyen"lə üz-üzə gələcək.
Səfərdə 1 xal qazanmağa çox yaxın olan Roman Qriqorçukun komandası bu dəfə qələbəyə daha iddialıdır. Üç turdan sonra aktivində xalı olmayan "radarlar" bu görüşdə tilsimi qırmaq niyyətindədirlər.
"Sent-Etyen" isə növbəti mərhələ imkanlarını yaxşılaşdırmaq üçün qələbə qazanmalıdır.
Qrupun digər matçında "Anderlext"lə "Maynts" münasibətləri aydınlaşdıracaq.
03 noyabr 2016
Avropa Liqası, 4-cü tur
C qrupu
“Qəbələ” – “Sent-Etyen” (Fransa) - 1:2
QOLLAR: Ruslan Qurbanov, 39 (1:0); Tannane, 45+1 (1:1); Beriç, 53 (1:2)
Baş hakim: Karlos Del Serro Qrande
Baş hakimin köməkçiləri: Xuan Karlos Yuste Ximenez, Roberto Alonso Fernandez
Əlavə köməkçi hakimlər: Xuan Martinez Munuera, İnaki Vikandi Qarrido
Dördüncü hakim: Abraham Alvarez Kanton (hamısı İspaniya)
Hakim-inspektor: Muharrem Zihni Aksoy (Türkiyə)
UEFA nümayəndəsi: Aristeidis Stavropoulos (Yunanıstan)
Bakı. 8-ci km qəsəbə stadionu
“Qəbələ”: 22. Dmitri Bezotosnı (q), 3. Voyslav Stankoviç, 6. Rəşad Sadiqov (k), 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks, 32. Rəşad Eyyubov
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç (q), 4. Elvin Camalov, 7. Nika Kvekveskiri, 11. Asif Məmmədov, 13. Murad Musayev, 30. Petar Franyiç, 34. Urfan Abbasov
Ehtiyat oyunçular: Roman Qriqorçuk
“Sent-Etyen”: 16. Stefan Rufye (q), 10. Ussama Tannane, 11. Henri Sayvet, 12. Şeyx Mbenqu, 14. Cordan Veretut, 17. Ole Selnaes, 19. Florentin Poqba, 22. Kevin Mone Pake, 24. Loik Perrin (k), 25. Kevin Malsuit, 27. Robert Beriç
Ehtiyat oyunçular: 30. Cessi Mulin (q), 2. Kevin Teofil Katrin, 4. Leo Lakro, 5. Vinsent Pajot, 9. Nolan Ru, 23. Aleksandr Soderlund, 35. Arnaud Nordin
Baş məşqçi: Kristof Qaltye
"Anderlext" (Belçika) - "Maynts" (Almaniya) - 6:1
QOLLAR: Stançiu, 9 (1:0); De Blasis, 15 (1:1); Stançiu, 41 (2:1); Tilemans, 62 (3:1); Teodorçuk, 89 (4:1); Massimo Bruno, 90+2 (5:1); Teodorçuk, 90+4/p. (6:1)