"Qəbələ" yoluna davam edir

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşəcək. SportLine.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qəbələ" pley-off mərhələsinin cavab görüşləri çərçivəsində Sloveniyaya səfər edəcək. Rəqib "Maribor"dur.

Bir həftə öncə 3:1 hesablı qələbə qazanan "radarlar" üstünlüyü səfər matçında qorumaq niyyətindədirlər. "Maribor" isə doğma azarkeşlər önündə qrup mərhələsinə vəsiqə qazanmaq arzusundadır. Bunun üçün rəqib, ən azı, iki cavabsız qolla qələbə qazanmalıdır.


25 avqust 2016
Avropa Liqası
Pley-off, cavab oyunu

“Maribor” (Sloveniya) – “Qəbələ” - 1:0
QOL:
Tavares, 66 (1:0)
QIRMIZI VƏRƏQƏ: Teo Uiks, 70 ("Qəbələ")
İlk oyun: 1:3

Baş hakim: Viktor Kaşşai
Baş hakimin köməkçiləri: Qyorgi Rinq, Vençel Tot
Dördüncü hakim: Tamaş Boqnar (hamısı Macarıstan)
Hakim-isnpektor: İqor İşenko (Ukrayna)
UEFA nümayəndəsi: Kris Bonet (Malta)
Maribor. “Lyusdki Vrt” srtadionu