"Qəbələ" Türkiyə klubuna qalib gəldi

Antalyada təlim-məşq prosesi keçən "Qəbələ"nin 19 yaşlıları ilk oyununa çıxıb.

SportLine.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "Qartalspor"la qarşılaşan komanda 3:1 hesabı ilə qalib gəlib. "Qırmızı-qaralar"ın heyətində Quliyev Kamran dubl edib. Digər qolu isə Abbaslı Məhəmməd rəqib qapısından keçirib. 

İlk hissədən sonra əvəzlənən futbolçular - Əlizadə Tacir və Elmir Tağıyev Qəbələ TV-yə toplanışın gedişi və matçdan danışıblar.