"Qəbələ" Yunanıstanda

Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Panatinaikos"la qarşılaşacaq "Qəbələ", bu gün, matçın keçiriləcəyi Yunanıstana yollanıb. Sportline.az xəbər verir ki, komanda paytaxt Afinadakı otellərdən birində məskunlaşıb.

Roman Qriqorçukun komandası yunanlarla matçın hazırlığına iyulun 21-də Varşavada başlayıb. Həmin gün Belostokdan paytaxta yollanan komanda hazırlıq prosesində toplu və topsuz çalışmaları yerinə yetirib. 

"Qırmızı-qaralar” iyulun 27-də “Panatinaikos”a qarşı keçiriləcək oyunun hazırlıqlarını son 4 gündə Afinada davam etdirəcək.