"Qəbələ"dən "Sumqayıt"a
"Sumqayıt" qış transfer dönəmində daha bir oyunçunu heyətinə qatıb. SportLine.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “gənclik şəhəri” təmsilçisi “Qəbələ”nin oyunçusunu transfer edib.
Belə ki, “kimyaçılar” Azərbaycanın gənclər millisinin də əsas heyət üzvü olan Ehtiram Şahverdiyevlə anlaşıblar. Razılığa əsasən, 21 yaşlı oyunçu yeni komandası ilə 2,5 illik müqavilə imzalayıb.
"Qəbələ"nin yetirməsi olan Ehtiram Şahverdiyev "Sumqayıt"da 77 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, “Sumqayıt” buna qədər Sergey Çernışev və Fərhad Qıstarovu transfer etmişdi.