"Qəbələ"nin futbolçusu Azərbaycanı tərk etdi

"Qəbələ"nin futbolçusu İviça Juniç Azərbaycanı tərk edib.

Sportline.az xəbər verir ki, bu barədə 31 yaşlı müdafiəçi "Feysbuk" səhifəsində yazıb.

Xorvatiyalı müdafiəçi hazırda hava limamında olduğunu və Avstriyaya yollandığını bildirib.

Xatırladaq  ki, İviça Juniç 2019-cu ilin avqustundan "Qəbələ"də çıxış edir.