"Qəbələ"nin oyunu ispaniyalılara tapşırıldı
Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Panatinaikos" - "Qəbələ" görüşünün hakim təyinatları açıqlanıb. SportLine.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma İspaniyadan olan briqadaya həvalə edilib.
Qarşılaşmada əsas söz sahibi Xuan Martinez Munuera olacaq. Ona həmyerliləri Dieqo Barbera Sevilya və Sezar Manuel Noval Font kömək edəcək.
Matçın 4-cü hakimi isə Mario Melero Lopez olub.
Qeyd edək ki, avqustun 3-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.