"Qəbələ"nin planı açıqlandı
"Qəbələ" komandasının təlim-məşq toplanışı üçün proqramı açıqlanıb.
Sportline.az xəbər verir ki, iyulun 1-də Qəbələdə toplaşacaq heyət iki həftədən sonra yoldaşlıq görüşləri üçün Bakıya yollanacaq.
"Qırmızı-qaralar" iyulun 16-da "Zirə", 5 gün sonra isə "Səbail"lə üz-üzə gələcək.
Maliyyə vəziyyəti ilə əlaqədar komanda hazırlığı ölkə daxilində keçəcək.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsüm avqustun 15-də başlanacaq.