"Qəbələ"nin rəqibində ayrılıq

“Qəbələ”nin UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi “Panatinaikos” seleksiyaçı-məşqçisi Xuan Ramon Roşa ilə yolları ayırıb. Sportline.az xəbər verir ki, istefanın səbəbi açıqlanmır. Qeyd edək ki. 1980-1989-cu illərdə bu klubun formasını geyinmiş argentinalı mütəxəssis 1994-1996, 1999-2000 və 2012-2013-cü illərdə komandanın baş məşqçisi olub.