"Qəbələ"nin sabiq çalışdırıcısı "Lokomotiv"də

"Qəbələ" klubunun sabiq çalışdırıcısı Yuri Syomin yenidən Moskva "Lokomotiv"inə qayıdıb. SportLine.az Sport-expressə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis keçmiş  komandasına baş məşqçi təyin edilib. O, bu gün komandaya təqdim olunub. Xatırladaq ki, Yuri Syomin "Loko" ilə 2 dəfə ( 2002, 2004) Rusiya çempionu adını, 4 dəfə isə ölkə kubokunu qazanıb.