"Qəbələ"nin sabiq forvardı "Qarabağ"da oynamaq istəyir

"Qəbələ"nin sabiq, "Larisa"nın hazırkı forvardı Dodo Azərbaycan futbolu ilə bağlı fikirlərini bölüşüb. Sportline.az xəbər verir ki, azerisport.com-un suallarını cavablandıran braziliyalı "Qəbələ"ni çempionluğa həsrət qoyan "Qarabağ"ın uğurunu əsasən baş məşqçi amili ilə əlaqələndirib: "Qəbul etməliyik ki, "Qarabağ"ın çox güclü məşqçisi var. Nə vaxtsa mən də Qurbanovun rəhbərliyi altında oynamaq istərdim. Onun işinin fanatıyam". Xatırladaq ki, Dodo 5 il "Qəbələ"nin şərəfini qoruyub. Yunanıstan çempionatında oynayan hücumçu Azərbaycan Premyer Liqasına dönmək variantının olduğunu da bildirib. Braziliyalının sözlərinə görə "Neftçi" onu heyətinə qatmaq istəyir.