"Qələbə seriyasını sonadək davam etdirə bilərik"

"Sevinirəm ki, 5-ci oyunu da qələbə ilə bitirdik. Komandam bu seriyanı sonadək davam etdirə bilər". SportLine.az xəbər verir ki, bu sözləri "Zenit" klubunun baş məşqçisi Andre Villaş-Boaş "Valensiya" ilə görüşdən sonra deyib. 

Komandasının 3 xala layiq olduğunu bildirən mütəxəssis, "1/8 finala qrup lideri kimi yüksəlməyimiz məni sevindirir. İnanıram ki, gücümüzü növbəti mərhələlərdə də göstərəcəyik", - deyib.

Jurnalistlərin, "Çoxları deyirdi ki, "Zenit"in qrupdakı rəqibləri zəifdir və qələbə seriyasının əsas səbəbi budur", - fikri ilə razılaşmayan çalışdırıcı, "Çempionlar Liqasında zəif rəqib olmur. Bütün komandalar qələbə qazanmaq üçün döyüşürlər. Heç bir qələbəni asanlıqla qazanmamışıq. Rəqiblərimiz çox güclüdür. Ancaq, görünür, biz onlardan da güclüyük. Yəqin ki, növbəti mərhələlərdə qazanacağımız qələbələr belə düşünən insanların fikirlərini dəyişməyə kömək olacaq", - deyə bildirib.

Xatırladaq ki, "Zenit" Çempionlar Liqasının 5-ci turunda "Valensiya"nı 2:0 hesabı ilə üstələyib.